Kitabi KnigiKITABI-KNIGI

İŞİD döyüşçüləri ilə birgə həbsxanada

Peter Yaşek

URL copied to clipboard
Language
Azərbaycan (Latin)
Translations
Categories

2015-ci ilin dekabrın 10-da Peter Yaşek Çexiyaya — öz vətəninə uçmaq üçün Sudanın paytaxtı Xartum şəhərinin hava limanına yollandı. Orada Sudan Təhlükəsizlik Xidməti tərəfindən ölkədə olmasının əsl məqsədi və fəaliyyəti ilə bağlı sorğu-sual olunmaq üçün saxlanıldı. Əgər onlar əsl məqsədi bilsəydilər, onda bu, Peterin görüşdüyü təqib olunan məsihçilərin həyatını təhlükəyə salardı. Uzun sorğu-suallar zamanı Peter başa düşdü ki, yaxın gələcəkdə evinə qayıtmayacaq…

Bunun əvəzinə Peter çoxsaylı cinayətlərdə ittiham edildi və Sudan hökuməti tərəfindən təqib olunan məsihçilərə kömək etdiyi üçün həbs olundu. Bu kitabda ömürlük həbsə məhkum olunan və İŞİD terrorçuları ilə bir kamerada qalmağa məcbur edilən Peter orada Allahın ona verdiyi güc, cəsarət və yeni məqsəd barədə fikirlərini bölüşür.