Yanan Ürəklər
Şəhidlərin Səsi
Taranın atasının ayrılıq sözləri on altı yaşlı qızda yalnız bir fikir yaratdı – o qaçıb həyatını xilas etməlidir. Ölümcül dərəcədə döyülmüş Tara – Pakistanda məşhur bir müsəlmanın qızı – sanki məhbus kimi yeməksiz və tibbi yardımsız halda öz otağında həbs edilmişdi.
Bunların hamısının səbəbi onun Bibliya oxuyarkən tutulması idi.
Taranın hekayəsi “Yanan ürəklər” kitabında haqqında yazılan səkkiz cəsarətli məsihçi qadından yalnız biridir. Öz komтunist ölkəsində insanlara xoş xəbəri çatdırmaq xatirinə öz azadlığından imtina edən vyetnamlı qız, kəndli fanatlar ərini və oğullarını diri-diri yandırdıqdan sonra Hindistana bağışlama və xilas barədə şəhadət edən avstraliyalı missioner qadın – bu qadınlar həddindən artıq böyük çətinliklərin öhdəsindən gəlib dünyanın müxtəlif yerlərində olan gizlin cəmiyyətlərdə rəhbər və xidmətçilərə çevrildilər.