Məsih uğrunda nə edərdiniz?
İki min il ərzində məsihçilər həqiqəti, İsanın adını cəsarətlə bölüşərək döyülmək, daşlanmaq, yandırılmaq, vəhşi heyvanlara atılmaq və hər cür zorakılıq üzərində qələbə çaldılar.
Foksun yenilənmiş şəhidlər kitabı b.e. 33-cü ilindən bu günədək olan cəsur iman qəhrəmanlarının hekayəsi və sizin məsihçi irsinizdir.
Con Foksun 1570-ci ildə çap olunmuş orijinal əsərinə 100-dən çox məsihçi şəhidin hekayəsi əlavə olunmaqla bu kitab yenilənmişdir. Burada erkən kilsənin yarandığı vaxtdan başlayaraq reformasiya, maarifçilik, sənaye inqilabı dövründə, eləcə də XXI əsrdə şəhid olan məsihçi qəhrəmanların həyatlarından danışılır.
Bu nəşrdə fransız hugenotlardan tutmuş Ditrix Bonhüferədək, Neyt Seyntdən Uatçman Niyə qədər bir çox şəhidlərin həyatı barədə qeyd olunub. Kitaba həmçinin 2000-ci ildən bəri şəhid olmuş altmış yeddi məsihçinin hekayəsi əlavə edilib. Siz bu imanlıların islamçı ekstremist qrupları, qəddar diktatorlar və hökumətin təzyiqləri qarşısında göstərdiyi cəsarətindən ruhlanacaqsınız. Məsihin Ruhu Stefanı, Peteri və Paulu gücləndirdiyi kimi bu gün də bütün dünyada fəaliyyət göstərdiyini sizə xatırladacaq.
- the-new-foxes-book-of-martyrs--az-latnpdfOpen
- the-new-foxes-book-of-martyrs--az-latnepubDownload