Əksəriyyətimiz məsihçilərin imanlarına görə əzab çəkdiklərini eşitmiş olsaq da, biz təqiblərin keçmiş imanlıların həyatında baş verdiyini və ya hələ də məsihçiliyə düşmən olan ərazilərdə yaşayan məsihçilərin həyatında baş verdiyindən xəbərdar deyilik. Bu kitab gözlərimizi açacaq ki, təqibin müxtəlif miqyasını görə bilək. Bu fani dünyada İsa yolunu tutan hər kəs öz həyatında təqiblə üzləşə bilər.
Yolda çətinliklər kitabı oxucuya təqibin müxtəlif formalarını ayırd etməkdə kömək etməklə yanaşı, onlara müqavimət göstərməyi də öyrədəcək. Bu kitab “istixana” məsihçiliyi deyil, əksinə, nəinki sağ qalan, hətta cəhənnəmin lap qapılarında da çiçəklənən canlı, fəal və qalib bir imanı təbliğ edir.
Onilliklər ərzində Tanrının təqib olunan kilsəsinə xidmət edən və öz təcrübəsini bölüşən müəllif Floyd Brobbel oxucularına aşağıdakıları təklif edir:
- bu allahsız dünyada kilsə üçün Allahın məqsədini görmək;
- Məsihin Özünün təqiblərə necə dözdüyünü və ona necə cavab verdiyini düşünmək;
- keçmişdəki məsihçilərin və bizim müasirlərimizin Məsihin əzabla-rında Onu necə miras aldığını öyrənmək;
- düşmənin təqib yolu ilə məsihçi imanına və şəhadətliyinə necə mane olmağa çalışdığını dərk etmək;
- üzləşə biləcəyiniz hər hansı təqiblərə iman və sevgi ilə cavab vermək.
- Azərbaycan (Latin)
- Русский
- Тоҷикӣ
- Türkmen (Latin)