
Görmək. Öyrənmək. Tətbiq etmək. Bir çox məsihçilər Müqəddəs Yazıların mexaniki tətbiqinə diqqət yetirirlər. “Müqəddəs Kitabı yaşayın” kitabında Makdauellər bəyan edirlər ki, Allahın ilkin niyyəti olan Müqəddəs Yazılar Onun Özünü aşkar etmək üsuludur ki, bunun vasitəsilə insanlarla münasibətlərdən həzz ala bilsin.
Müəlliflər Müqəddəs Kitabın imanlıların həyatını necə kökündən dəyişdirə biləcəyini göstərirlər:
- Yaxınlıq. Allah insanları elə yaradıb ki, Onunla yaxın münasibət onları mənalı həyata aparan yeganə yoldur. Onun yazılı Kəlamı belə bir münasibəti təmin edir.
- Münasibətlər təcrübəsi. Biz Allahın əmrlərinə tabe olmalıyıq. Bununla belə, O bizim Onunla və digər imanlılarla razılıq, sevinc və təsəlli kimi hissləri yaşamağımızı istəyir.
- Məhəbbətdə böyümək. Coş və Şon Müqəddəs Yazıların işıqlandırılmasında Müqəddəs Ruhun rolunu vurğulayırlar. Onlar oxuculara həqiqət Kəlamını öyrənməyə və düzgün tətbiq etməyə kömək edən sınanmış vasitələr təqdim edirlər. Hər şeydən əvvəl onlar vurğulayırlar ki, tədqiq etmək məsihçilərə Müqəddəs Kitabın müəllifi olan Allahı daha dərindən sevməyə kömək edir.
Məsihçilər Müqəddəs Kitab və onun müəllifi ilə tanış olduqda müdriklik, həyatlarında məna və məmnunluq tapırlar.
Bu, Müqəddəs Kitabın açıqladığı, köhnə həyat və mədəniyyəti dəyişən məsihçiliyi bəyan etmək və onu yaşamaq istəyən pastorlar, rəhbərlər, valideynlər və gənclər liderləri daxil olmaqla, hər kəs üçün əsas vasitədir.
Языки
- Azərbaycan (Latin)
- Тоҷикӣ
- Türkmen (Latin)