KITABI-KNIGI

Vurmbrandlar - Məsih Uğrunda Əzablar Tam Hekayə

Link copied to clipboard
Read

Dünyanı Dəyışdırən Pastor Və Onun Həyat Yoldaşı

29 Fevral 1948-ci ildə Riçard Vurmbrand Rumıniyanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edildi. O nə cinayət etmişdi? İbadət keçirmək və Məsih barədə danışmaq — hər ikisi Rumıniyadakı ateist Kommunist rejimində qanunsuz fəaliyyətlər hesab olunurdu.

Richard on dörd ilini həbsxanada keçirdi. O, işgəncələrə məruz qaldı, döyüldü və təkadamlıq kameraya salındı. Sabina Vurmbrand üç ilini əmək düşərgəsində keçirdi, o digər məhbuslar ilə birgə Dunay kanalında işləyərkən az qala soyuqdan donaraq öləcəkdi. Ona dəfələrlə ərinin dəmir barmaqlıqlar arxasında öldüyünü söylədilər.

Riçard və Sabina Vurmbrandın Məsihə imanları sarsılmaz idi. Onlar ümidlərini itirmədilər və İsa haqqında danışmaqda davam etdilər.

Onların hər ikisinin heyranedici hekayəsi ilk dəfə bir kitabda təsvir edildi. «Vurmbrandlar» kitabı Riçard və Sabinanın «Pastorun həyat yoldaşı», «Allah ilə gizlində» və «Məsih uğrunda əzablar» kitablarında təsvir olunmuş həyatlarından bəhs edir. Ümid edirik ki, siz özünü Ona tam həsr edənlərin qəlblərində Məsihin nurunun necə şəfəq saçdığını görməyiniz üçün müəllif ilə birgə ən qaranlıq həbsxana kameralarına gedərək imanda möhkəmlənəcəksiniz.

  1. wurmbrand-tortured-for-christ-the-complete-story--az-latn
    pdf
  2. wurmbrand-tortured-for-christ-the-complete-story--az-latn
    epub
Languages
Categories