Allahın “cinayətkarı”: Uilyam Tindeyl və ingilis dilində Müqəddəs Kitab haqqında əsl hekayə
A. Pakett
Allahın Kəlamını oxumaq istəyəndə biz rəfdan Müqaddas Kitabı götürürük və oxumağa başlayırıq. Amma bu Kəlamın bizə necə gəlib çıxdığından xəbəriniz varmı? Çox-çox illar əvvəl adi insanlara Müqaddas Kitabı oxumağın qadağan edildiyini bilirsinizmi?
Bu kitab Kəlamın bütün insanlar üçün ǝlçatan edilməsini düşünən və buna nail olmaq üçün Avropanın bir çox ölkələrinin qanunlarını pozmağa hazır olan cəsarətli iman qəhrəmanı Uilyam Tindeylin əsl hekayəsindən bəhs edir.
1500-cü illərdə İngiltərədə anadan olan Tindeyl Müqaddas Kitabı ingilis dilinə tərcümə etmək üçün uzun illər yorulmadan çalışan bir məsihçi alim idi. Ölkəsində həbslə hədələnən və kilsə rəhbərlərindən heç bir dəstək görməyən Tindeyl Almaniyaya yollandı və burada gizli şəkildə işini davam etdirdi. Daha sonra tamamlanmış tərcümələri çap etdirib qanunsuz yolla İngiltərəyə göndərdi.
Tezliklə Tindeylin çap etdirdiyi Kəlamın tərcüməsi hər yerdə görünməyə başladı. Adi insanlar çox sevindilar, indi onlar Allahın Kəlamını özləri oxuya biləcakdilər! Bununla belə, kilsa rəhbərləri qəzəbli idilər. Nəyin bahasına olursa-olsun bu xaini tutmağa qərar verdilər!
Qarşıda Tindeyli çətin bir yol gözləyir: gəmi qəzası, xəyanət və nəhayət, onu uzun müddət və israrla axtaran səlahiyyətli şəxslər tərəfindən həbs. Bəs Uilyam Tindeylin taleyi necə olacaq? Və daha da vacibi, onun Allahın Kəlamını tərcümə edən böyük işi ilə nə baş verəcək? Allahın planı dayandırılacaqmı? Yoxsa Tindeylin sədaqəti və qətiyyəti bəhrəsini verəcəkmi?
Allahın "cinayətkarı" — Uilyam Tindeyl və ingilis dilində Müqaddas Kitab haqqında əsl hekayə ruhlandırıcı tərzdə xatırladır ki, özünü tamamilə Allaha təslim və həsr edən insan Ona xidmətda hər seyi edə bilər.