Mömin Nikolas: İsaya sadiq qalan adam
Şəhidlərin Səsi
Ə srlər boyu onun haqqında çoxlu heyrətamiz hekayələr danışıldı. Lakin çoxları hələ də onun Məsihin yolunda hansı əzabları çəkdiyini bilmirlər.
Qəddar Roma imperatoru Diokletianın hakimiyyəti dövründə Nikolas İsanın ilahiliyinə inamından əl çəkmədiyi üçün həbsə atılır. Nikolasın həbs olunduğuna dair çoxlu sübutlar var. Onun dərisini və ətini qızdırılmış dəmir maşalarla diri-diri qoparsalar da, Nikolas Məsihdən üz döndərmədi. Sərbəst buraxıldıqdan sonra Nikolas xeyirxahlığı və cəsarəti ilə Məsihin ardınca getməyə davam etdi.
Təqiblər dövrü başa çatdıqdan sonra Nikolasın imanı bu dəfə kilsə daxilində ciddi sınaqlara məruz qalmağa davam etdi. Qəddarlığı ilə məşhur olan Diokletiandan fərqli olaraq məsihçiliyi qəbul edən imperator Konstantin taxta çıxdıqdan sonra yalançı təlim kilsəni işğal etmişdi. Məhz belə yalançı təlimə etiraz edən Nikolas Nikeya Kilsə Məclisində Məsihin müdafiəsinə qalxdı və Onun haqqında yalan məlumatlar yayan adamın üzünə zərbə vurdu.
Bu hadisədən sonra Nikolas daha yepis-kop kimi xidmət edə bilmədi. Lakin baş vermiş bu hadisə Nikolasa uşaqlara və ehtiyacı olan digər insanlara kömək edərək Məsihin məhəbbətini bütün gücü ilə nümayiş etdirməyə mane ola bilmədi.
Nikolasın başına gələnlər hər birimiz üçün hökumətin təqibləri və kilsə daxi-lində münaqişələr zamanı cəsarət və ali- cənablıq nümunəsidir. İstənilən məsihçi yanaşmasına görə, Nikolas, əslində, bir müqəddəs idi.
Övladlarınız “Santa Klaus” əfsanəsinin arxasında gizlənən belə cəsarət və dözümlülük faktını biləndə heyrətlənə-cəklər. Ümid edirik ki, mömin Nikola-sın imanı sayəsində övladlarınızın və şəxsən sizin imanınız daha güclü və təsirli olacaqdır!
* “Santa Klaus” adındakı “Santa” müqəddəs deməkdir. “Klaus” isə Nikolas adının qısaldılmış formasıdır.