Allahın zәvvarı: Con Bunyanın әsl hekayәsı vә “Zәvvarın sәyahәti”
L. Zilke
400 il əvvəl kasıb bir qualayҫı uzun, əyri-üyrü və ҫox vaxt kələ-kötür yolla gözәl Sәmavi Sәltәnәtә gedәn insan haqqında rәmzi bir hekayә yazdı. O, hekayәsini “Zәvvarın sәyahәti” adlandırdı. XVII әsrdә yaşamış az tәhsilli bir ingilisi bu kitabı yazmağa nә ilhamlandırdı? Bu gün milyanlarla insan niyә onu oxuyur?
“Zәvvarın sәyahәti” kitabı hәyatda etdiyi çoxsaylı sәhvlәrdәn başqa öyünmәyә heç nәyi olmayan yozsul Con Bunyanın hәyatından bәhs edir. Con ailәsini dolandırmaq üçün zәhmәtlә çalşır, eyni zamanda xilasın sirrini bilmәk arzusu ilә Müqәddәs Yazıları ciddi şәkildә öyrәnirdi. Bir gün Allah onun dualarına cavab verdi. Xeyirxah pastor ona Allahın lütfünü heyrәtamiz tәrzdә sadә sözlәrlә izah etdi: “Xilas, İsa Mәsih vasitәsilә verilәn Allahın pulsuz hәdiyyәsidir”. Conun ürәyi sevincdәn cuşa gәldi!
Con Müjdәni paylaşmağa tәlәsirdi, lakin o, Müjdәni vez etmәyin qanuna zidd olduğu qaranlıq bir dövrdә yaşayırdı. Bununla belә, Con Mәsih haqqında susa bilmәdi vә tezliklә hәbs olundu! Hәtta tәkadamlıq kamerada olsa da, Con mәsihçi xidmәtinә davam etdi. O, mәsihçiliyin yolu ilә cәsarәtlә addımlayanları gözlәyәn çәtinliklәr vә şәrәfli mükafatlar haqqında yazdı.
Con hәbsxana divarlarını tәrk etdimi? Ailәsini yenidәn gördümü?
Allahın zәvvarı: Con Bunyanın әsl hekayәsı vә “Zәvvarın sәyahәti” kitabı Con Bunyanın qurtuluş sirrini dünya ilә bölüşmәk әzminin hәqiqi әsәridir. Qoy bu kitab övladlarınızı vә özünüzü ürәyinizdә İsa Mәsihlә vә dilinizdә Allahın Kәlamı ilә yaşamağa ruhlandırsın!