KITABI-KNIGI

Allahın Şahidi: Stefanın cəsarəti

Link copied to clipboard
Read

Atılan daşlar Stefana dəyəndə ayağı büdrədi. “Onu öldürün! Onu birdəfəlik susdurun!” — deyə camaat qışqırırdı.

Stefan isə onlara qarşı qəzəbli deyildi və qorxmurdu, ksinə, o dua edirdi.

“İsa, ruhumu qəbul et!” — deyə o, Allaha yalvardı. Stefan dizüstə düşdü və izdihama üzünü tutaraq ucadan dedi: “Ya Rəbb, bunu onlara günah sayma!” Stefan ümid edirdi ki, onu təqib edənlər bu sözləri eşidəcəklər. Nəhayət, axırıncı atılan daş Stefana dəydi və o, son nəfəsini verərək gözlərini əbədi yumdu.

İsa göylərə qalxdıqdan sonra Müjdə uğrunda həyatını itirən ilk şagird Stefan idi. O, iman və Müqəddəs Ruhla dolu bir həyat yaşayaraq möcüzələr törədirdi və başqalarına İsa haqqında cəsarətlə danışırdı. Stefan insanları çox məharətlə İsa ilə tanış edə bilirdi, buna görə də yəhudi dini rəhbərlər onu susdurmaq istədilər. Amma onlar tezliklə bunun səhv addım olduğunu anladılar, çünki Stefanın öz imanını cəsarətlə bölüşməsi Müjdənin Yerusəlimdən kənarlara yayılmasına səbəb oldu.

“Allahın Şahidi: Stefanın cəsarəti” kitabı uşaqları və böyükləri İsa Məsih barədə cəsarətlə danışmağa ruhlandırmaq üçün yazılıb. Rəbb uğrunda müqavimətlə üzləşərkən bu kitab onlara Müqəddəs Ruhun gücünü xatırladacaq.

Part of collection

Cəsarətli seriyası

  1. Allahın Həvarisi: Paulun macəraları

    Şeril Odden

  2. Allahın “cinayətkarı”: Uilyam Tindeyl və ingilis dilində Müqəddəs Kitab haqqında əsl hekayə

    A. Pakett

  3. Allahın zәvvarı: Con Bunyanın әsl hekayәsı vә “Zәvvarın sәyahәti”

    L. Zilke

  4. Allahın məhbusu: Riçard Vurmbrandın hekayəsi

  5. Allahın Şahidi: Stefanın cəsarəti

  6. Mömin Nikolas: İsaya sadiq qalan adam

    Şəhidlərin Səsi

Languages
Categories